Son dəqiqə

Özbəkistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni turizm təcrübələri Türkiyəli turistlər Turizm rekordları 2025 turizm mövsümü Turizm təzyiqi Turizm müsbət və mənfi təsirləri Turistik şəhərlər Turistlərin gəzintisi üçün əlverişli şəhərlər xarici turist axını Türkiyə 2025 turizm statistikası Türkiyə turizmi 2025

Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin aprelində Özbəkistandan Türkiyəyə 42 min 436 turist səfər edib ki, bu da 2024-cü ilin aprel ilə müqayisədə 14,79 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1.9 faiz təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında Özbəkistandan Türkiyəyə 162 min 580 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,96 faiz çoxdur.

2025-ci ilin yanvar-aprel aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,54 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin aprelində Türkiyəyə 3 milyon 900 min 546 turist səfər edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 8,1 faiz çoxdur.

2025 -ci ilin yanvar-aprel aylarında 10 milyon 590 min 9 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,60 faiz azdır.

Mövzuya görə xəbərlər