Son dəqiqə

Özbəkistan Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Turizm rekordları 2025 turizm mövsümü Turizm infrastrukturu 2025 turizm statistikası Türkiyə turizmi 2025

Türkiyəyə səfər edən Özbəkistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin martında Özbəkistandan Türkiyəyə 37 min 633 turist səfər edib ki, bu da 2024-cü ilin martı ilə müqayisədə 15,9 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı 1,60 faiz təşkil edib.

2025-ci ilin yanvar-mart aylarında Özbəkistandan Türkiyəyə 120 min 144 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz çoxdur.

2025-ci ilin yanvar-mart aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Özbəkistan vətəndaşlarının payı isə 1,80 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin martında Türkiyəyə 2 milyon 346 min 403 turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 13,14 faiz azdır.

2025 -ci ilin yanvar-mart aylarında 6 milyon 689 min 463 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azdır.

Mövzuya görə xəbərlər