Son dəqiqə

İran TOBB 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi Ticarət tarifləri

Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin sayı və kapitalı kəskin azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin mart ayında Türkiyədə İran kapitalı ilə 64 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 73 milyon 60 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 151 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin mart ayında İran şirkətlərinin əksəriyyəti İstanbulda (59) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən İran şirkətlərinin ümumi kapitalı 69 milyon 810 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin mart ayında Türkiyədə İran kapitalı ilə 27 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər