Son dəqiqə

TOBB Türkiyədə Azərbaycan şirkətləri 2025 Azərbaycan kapitalı ilə şirkətlər Türkiyədə 2025-ci ildə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətləri Türkiyədə Azərbaycan şirkətlərinin kapitalı İstanbulda Azərbaycan şirkətləri 2025 Türkiyə şirkət qeydiyyatı statistikası 2024 və 2025 Türkiyə şirkət qeydiyyatı müqayisəsi

Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 34 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 34 milyon 850 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 28 milyon 512 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin mart ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (29) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 26 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 15 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər