Son dəqiqə

Mersin limanı Türkiyə yük daşımaları Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanlarında yük daşımaları Türkiyə daxili və beynəlxalq yük daşımaları Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

Türkiyənin Mersin limanı 3 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Bakı, TurkicWorld

2025 - ci ilin yanvar ayında Türkiyənin Mersin limanı 3 milyon 375 min 125 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Mersin limanından Türkiyə bayrağı altında 220 min 307 ton yük , digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 3 milyon 154 min 818 ton yük daşınıb.

2025 - ci ilin yanvar ayında Mersin limanından 21 min 987 tranzit yük aşırılıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyə limanları 30 milyon 855 min 73 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 360 min 170 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 494 min 852 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 17 min 716 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 3 min 878 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 232, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 646 olub.

2024-cü ilin fevral ayında Türkiyə limanları 4 min 352 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 2 min 953, Türkiyə bayrağı altında olan gəmilər isə min 399 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər