Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Avtomobil Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası

Türkiyənin avtomobil ixracı fevral ayında ən çox ixrac edilən sektor oldu (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq, 5 milyon 979 min 540 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 2 milyon 980 min 748 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 32 milyon dollar məbləğində tekstil ixrac edib.

Mövzuya görə xəbərlər