Bakı, TurkicWorld
2024-cü ilin iyul ayında Türkiyənin Muğla Milas-Bodrum Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz arataraq, 2 milyon 330 min 357 nəfər olub.
Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyul ayında hava limanında daxili reyslər üzrə sərnişindaşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq, 1 milyon 363 min 641 nəfər, beynəlxalq reyslər üzrə isə 7 faiz artaraq 966 min 716 nəfər təşkil edib.
2024-cü ilin iyul ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 23 min 978 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 11 min 266 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 9 faiz artaraq, 12 min 712 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 4 faiz artaraq, 22 min 233 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı artamayaraq, 13 min 391, beynəlxalq reyslər üzrə isə 11 faiz artaraq 9 min 62 olub.
Bu ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 129 milyon 602 min 954 nəfər, yük daşınması isə 2 milyon 740 min 269 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.