Son dəqiqə

nəqliyyat Yük daşımaları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Milas-Bodrum beynəlxalq hava limanı Beynəlxalq yük daşımaları sərnişin təyyarələri Muğla Milas Bodrum Hava limanı Türkiyə yük daşımaları 2025 Türkiyə yük daşımaları Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu Sərnişin sayı Hava nəqliyyatı innovasiyaları

Muğla Milas Bodrum hava limanında sərnişindaşıma 3 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin sentyabr ayında Türkiyənin Muğla Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 3 milyon 762 min 108 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 2 milyon 151 min 328 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz azalaraq 1 milyon 610 min 780 nəfər təşkil edib.

2025-ci ilin sentyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 39 min 413 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz artaraq, 17 min 928 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 6 faiz azalaraq, 21 min 486 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 1 faiz artaraq, 35 min 45 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 19 min 774, beynəlxalq reyslər üzrə isə 1 faiz artaraq 15 min 631 olub.

2025-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 187 milyon 284 min 23 nəfər, yük daşınması isə 3 milyon 844 min 139 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər