Son dəqiqə

Azərbaycan Özbəkistan Sanjarbek Odilov Texnopark

Azərbaycan Özbəkistandan lift, eskalator və qaz sayğacları alacaq

Özbəkistanın “Texnopark” şirkəti Azərbaycanın tikinti şirkətləri ilə lift və eskalatorların, sənaye və yarımsənaye kondisioner sistemlərinin tədarükünə dair müqavilələr imzalayıb.

Bu barədə TurkicWorld-a "Texnopark"ın İxracın İnkişafı və Xarici İqtisadi Fəaliyyət Departamentinin meneceri Sanjarbek Odilov məlumat verib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan bazarına smart qaz sayğacları, məişət nasosları kimi məhsullarla, eləcə də istehsalı üçün 2022-ci ildə işə salınması planlaşdırılan zavodun mis boruları və figər məhsullarla çıxmaq planlaşdırılır.

"Bundan əlavə, biz Özbəkistanda sənaye qazanları istehsalı zavodunu, eləcə də mallarımızın bütün Özbəkistan ərazisində və ixracımızın istiqamətləndirildiyi ölkələrə - Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Rusiya, Monqolustana daşınmasına xidmət edəcək logistika mərkəzini işə salmağı planlaşdırırıq", - deyə S.Odilov vurğulayıb.

Qeyd edək ki, bu günə qədər "Texnopark" şirkəti smart qaz sayğaclarının, liftlərin, eskalatorların, sənaye və yarımsənaye kondisioner sistemlərinin, soyuducu sistemlərin, dondurucu sistemlərin, o cümlədən Samsung markalı məişət nasoslarının, soyuducuların və paltaryuyan maşınların istehsalı üzrə 17 nəzərdə tutulan layihədən 10-nu uğurla başa vurub.

Mövzuya görə xəbərlər