Son dəqiqə

ABŞ Özəl TÜİK

Yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 200-ə yaxın daşınmaz əmlak alıb (ÖZƏL)

Ankara, TurkicWorld:

2024-cü ilin yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 167 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 70 obyekt azdır.

Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında ABŞ vətəndaşları Türkiyədə 34 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 14 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569 mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 11,8 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355 min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır.

2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3 faiz azdır.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6 min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz azdır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər