Yanvar-fevral ayında Türkiyədə Rusiya kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 10-u ötüb (ÖZƏL)

Yanvar-fevral ayında Türkiyədə Rusiya kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 10-u ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2024-cü ilin yanvar-fevral ayında Türkiyədə Rusiya kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 91 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Rusiya şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 41,6 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 316,5 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral ayında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (7) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 2,4 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-fevral ayında Türkiyədə Rusiya kapitalı ilə 6 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.