Son dəqiqə

Xudafərin körpüsü

Xarici səyyahlarının Xudafərin körpüsünə səfəri başlayıb

Cəbrayıl, TurkicWorld

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-nin MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi səyyahların Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir.

TurkicWorld -in Qarabağ bürosu xəbər verir ki, 13 ölkədən olan beynəlxalq səyahətçilərin işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpüsü olub.

Daha sonra səyyahlar Füzuli rayonunda olacaq, ərazilərdə aşkarlanan mina və partlamamış sursatların zərərsizləşdirilməsi prosesini izləyəcəklər.

Qeyd edək ki, son 4 ildə 50-ə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə səfərdə olub. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti səfəri sayılır. MTP-nin səfəri bu qəbildən olan sayca 11-ci səfərdir. Heyətə Charles Veley rəhbərlik edir. O, dünya üzrə 4 nəhəng səyyah şəbəkəsindən biri olan – MTP (Most Traveled People) Klubunun təsisçisi və rəhbəridir. Dünya səyyahlarının beynəlxalq reytinqində adı ilk 10-luqdadır. Bundan əvvəl 4 dəfə işğaldan azad edilmiş ərazilərdə səfərdə olub, onlardan 3-də MTP heyətlərinə başçılıq edib.

Mövzuya görə xəbərlər