Türkiyə vasitəsilə Azərbaycandan təbii qaz nəqlinə apreldə başlanılanacaq - Peter Siyarto

Türkiyə vasitəsilə Azərbaycandan təbii qaz nəqlinə apreldə başlanılanacaq - Peter Siyarto

Bakı. TurkicWorld:

Türkiyə vasitəsilə Azərbaycandan qaz nəqlinə apreldə başlanılanacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto Türkiyənin "Anadolu Agentliyi"nə müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə ilk dəfə olaraq birbaşa qonşu olmayan bir ölkəyə qaz ixrac edəcək.

"Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrlə ticarəti xeyli artırmışıq. Bu il biz Azərbaycan və Türkiyədən qaz almağa başlayacağıq" - deyə o əlavə edib.

Macarıstanın Türkiyə üzərindən Azərbaycandan təbii qaz tədarükü haqqında danışan P.Siyarto 275 milyon kubmetr təbii qazın tədarükü ilə bağlı müqavilə imzaladığını bildirib.