Son dəqiqə

SOCAR Macarıstan Peter Siyarto Bakı Enerji Forumu MVM CEEnergy Zrt.

Peter Siyarto 2024-cü ildə Azərbaycandan qazın satın alınması barədə danışıb

Bakı. TurkicWorld:

2024-cü ildə Macarıstanın Azərbaycandan qaz satın alması məsələsi regional enerji bazarının reallığından asılı olacaq.

Bu barədə TurkicWorld-ə Macarıstanın xarici işlər naziri Peter Siyarto 29-cu Bakı Enerji Forumunun kuluarlarında deyib.

"Yazda sistemimizə SOCAR-ın 50 milyon kubmetr qazını buraxdıq və daha çoxunu satın almağa hazırıq. 100 milyon kubmetrin satın alınmasına dair çərçivə sazişimiz var. Lakin məsələ bunu fiziki olaraq qəbul edib etməyəcəyimizdədir. Bu qazı təhlükəsiz tədarük baxımından almalı olacağıqsa, bunu edəcəyik. Ehtiyacımız olmasa, bunu gələn ilə saxlayacağıq", - Siyarto deyib.

Qeyd edək ki, Macarıstanın qaza tələbatı ildə 10 milyon kubmetrdir.

Xatırladaq ki, Macarıstanın təbii qazın ən böyük topdan satıcısı olan "MVM CEEnergy" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR bundan əvvəl 100 milyon kubmetr qaz satışı üzrə müqavilə imzalayıblar. SOCAR ötən il 50 milyon kubmetr qazı Macarıstandakı anbara vurub.

Macarıstan 2023-cü ildə özünün təbii qaz anbarı üçün Azərbaycandan 50 milyon kubmetr qaz satın alıb və 2024-cü ilin aprelində onun istifadəsinə başlayıb.

Mövzuya görə xəbərlər