Bakı, TurkicWorld
Macarıstanın Xarici İşlər naziri Peter Siyarto Avropa İttifaqını baş nazir Viktor Orbanın sülh təşəbbüslərinə əngəl yaratmaqda günahlandırıb.
TurkicWorld bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, Avropa İttifaqı neft tranzitinin qarşısının alınmasını dəstəkləyir və Macarıstanın miqrasiya siyasətinə qərəzli yanaşır.
Qeyd edək ki, bir müddət öncə Macarıstanın Rusiya və Belarus vətəndaşları üçün viza şərtlərini sadələşdirməsi Avropa İttifaqı daxilində narazılıqla qarşılanmışdı.