Son dəqiqə

Peter Siyarto

Siyarto Ermənistana səfər edəcək

Bakı. TurkicWorld:

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto sentyabrın 10-da Ermənistana səfər edəcək.

TurkicWorld erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, səfər çərçivəsində xarici işlər naziri Ararat Mirzoyanla görüş keçiriləcək.

Bundan başqa, P. Siyarto “Qarşılıqlı əlaqənin geosiyasəti: rəqabətdən əməkdaşlığa” mövzusunda panel müzakirəsində iştirak edəcək.

Mövzuya görə xəbərlər