Son dəqiqə

ABŞ Macarıstan Peter Siyarto Donald Tramp Qəzza zolağı Viktor Orban

Orban Trampın Qəzza ilə bağlı təklifini qəbul etdi

BAKI, TurkicWorld

Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının idarə olunması məsələləri ilə məşğul olacaq Sülh Şurasının tərkibinə daxil olmaq təklifini qəbul edib.

TurkicWorld xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, Macarıstan hökuməti Trampın təklifini özü üçün böyük şərəf hesab edir və Trampın təklifi qəbul olunacaq.

Siyartonun sözlərinə görə, Orban bu barədə ABŞ administrasiyasına məlumat verməyi ona tapşırıb.

Mövzuya görə xəbərlər