Qeyri-neft sektoru üzrə ixrac 40 faizdən çox artıb

Qeyri-neft sektoru üzrə ixrac 40 faizdən çox artıb

2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycanın ixracı 14,6 mlrd. dollar, qeyri-neft sektoru üzrə 1,8 mlrd. dollar təşkil edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən TurkicWorld-a verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 525,3 mln. ABŞ dolları və ya 40,9% artıb. 2021-ci ilin 9 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 398,9 milyon ABŞ dolları ilə əsas paya malik olub.

Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,3 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,1 dəfə, şəkər 2,1 dəfə, pambıq lifi 80,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 55,8% artım qeydə alınıb.