Bilişim Vadisi nümayəndəliyi və KOSGEB Kocaeli direktoru MÜSİAD Azərbaycan Dərnəyini ziyarət edib

Bilişim Vadisi nümayəndəliyi və KOSGEB Kocaeli direktoru MÜSİAD Azərbaycan Dərnəyini ziyarət edib

Bakı. TurkicWorld:

MÜSİAD Azərbaycan heyəti Türkiyənin Bilişim Vadisi nümayəndəliyi və KOSGEB Kocaeli direktoru ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri Hüseyin Yapar, Emin Əzizli, Əli Qədirbəyli və MÜSİAD Azərbaycan üzvlərindən ibarət olan heyət, Türkiyənin Bilişim Vadisi Beynəlxalq əlaqələr şöbəsinin direktoru Sezen Güngör rəhbərliyindəki heyət və KOSGEB Kocaeli direktoru Hakan Demirçi ilə görüşüb.

“Görüş zamanı, qurumların fəaliyyətləri haqqında MÜSİAD Azərbaycan heyətinə məlumat verilib, texnologiya sahəsinin potensialı dəyərləndirilib və qarşılıqlı fəaliyyətlər haqqında müzakirələr aparılıb. Qurumların təqdimatından sonra B2B şəklində görüşlər təşkil edilib”, - deyə MÜSİAD-dan daxil olan məlumatda bildirilir.

Məlumatda o da qeyd edilir ki, görüş zamanı, bundan sonra baş tutacaq görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.

Məlumat üçün bildirək ki, MÜSİAD və MÜSİAD Azərbaycan mütəmadi olaraq, Türkiyə və Azərbaycana qarşılıqlı investisiyaların cəlb edilməsi istiqamətində addımlar atır.

Xatırladaq ki, 2021-ci ildə Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF) keçirilib.

MÜSİAD-ın 82 ölkədə, 164 məntəqədə ümumilikdə 13 min 500 dən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Onu da bildirək ki, bu il MÜSİAD 33 yaşını qeyd edib.