Sahibkarlar "İş dünyası-100 ilin zirvəsi" adlı foruma qeydiyyat başladı

Sahibkarlar "İş dünyası-100 ilin zirvəsi" adlı foruma qeydiyyat başladı

Bakı. TurkicWorld:

Sahibkarlar "İş dünyası-100 ilin zirvəsi" adlı foruma qeydiyyat başladı.

TurkicWorld-un məlumatına görə, tədbirə 13 min 500 sahibkarın üzv olduğu MÜSİAD-dan, Sənaye və Ticarət odalarından, DEİK-dən, Türkiyədə fəaliyyət göstərən QHT-lərdən iştirakçıların qatılması gözlənilir. Tədbir Türkiyə Respublikasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.

"Şuşa bəyənnaməsinə sadiq qalaraq, qardaşlıq şüurunu ortaqlıq mədəniyyətilə birləşdirmək, qlobal iqtisadiyyatın fəal iştirakçısı olmaq əzmindəyik. Bu məqsədlə, Kiçik və Orta Biznesin İnkişiafı Agentliyinin və MÜSİAD-ın tərəfdaşlığı, KOBSKA və MÜSİAD Azərbaycan-ın təşkilatçılığı ilə 13-14 İyul tarixlərində İstanbulda "İş dünyası-100 ilin zirvəsi" adlı forum keçiriləcək. Bütün sahibkarlarımızı tədbirdə iştirak etməyə dəvət edirik. Tədbir İstanbulda, MÜSİADın mərkəzi ofisində keçiriləcəkdir. ", - deyə MÜSİAD-dan bildirilib.

Qeyd edək ki, MÜSİAD və MÜSİAD Azərbaycan mütəmadi olaraq, Türkiyə və Azərbaycana qarşılıqlı investisiyaların cəlb edilməsi istiqamətində addımlar atır.

Xatırladaq ki, 2021-ci ildə Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF) keçirilib.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Bu il MÜSİAD 33 yaşını qeyd edib.