Son dəqiqə

Qazaxıstan polad Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə polad sənayesi Türkiyə polad ixracı

Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Qazaxıstana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 77,2 faiz azalaraq, 901 min 1 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 1 milyard 84 milyon 607 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 381 milyon 111 min dollar məbləğində polad ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər