BAKI, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz azalaraq, 105 milyon 751 min 99 dollara bərabər olub.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2025-cü ilin dekabr ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz azalaraq, 8 milyon 835 min 17 dollara çatdırıb.
Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq, 17 milyard 731 milyon 750 min dollara bərabər olub.
“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 730 milyon 868 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 17,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 17 milyard 731 milyon 750 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.







