Son dəqiqə

Misir Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Avtomobil Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) avtomobil ixracı İxracat

Keçən il Türkiyədən Misirə avtomobil ixracı 279 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Misirə avtomobil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 279 milyon 641 min 61 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin dekabr ayında Misirə avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz artaraq, 22 milyon 390 min 68 dollara çatdırıb.

Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 3 milyard 760 milyon 666 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 41 milyard 521 milyon 96 min dollar məbləğində avtomobil ixrac edib.

Mövzuya görə xəbərlər