BAKI,TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq, 1 milyard 445 milyon 58 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Keçən ilin dekabr ayında Türkiyə 100 milyon 440 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 8,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 1 milyard 445 milyon 58 min dollar məbləğində dəri məhsulları ixrac edib.






