Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyənin Qaradəniz ölkələrindən idxalı Türkiyənin xarici ticarət dövriyyəsi Türkiyənin Qaradəniz ölkələrinə ixracatı

Fevralda Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2 milyard dolları ötüb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-ci ilin fevral ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 2 milyard 892 milyon 728 min dollar olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – fevral ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 5,9 faiz azalaraq, 5 milyard 550 milyon 984 min dollar olub.

“Bu ilin fevral ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2025 -ci ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz azalaraq 3 milyard 793 milyon 11 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən bildiriblər ki, 2026-cı ilin yanvar – fevral aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 24,4 faiz azalaraq, 7 milyard 983 milyon 381 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 29 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz artaraq 21 milyard 49 milyon dollar, idxalı isə 5,5 faiz artaraq 30 milyon 80 min dollar olub.

“Bu ilin yanvar – fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 100 milyard 137 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2026-cı ilin yanvar- fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 41 milyard 361 milyon dollara, idxalı isə 2,8 faiz artaraq 58 milyard 776 milyon dollar olub.

Qeyd edək ki, keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb.

Mövzuya görə xəbərlər