Son dəqiqə

Fransa Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi hazır geyim Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat

Türkiyədən Fransaya hazır geyim ixracı 136 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Fransaya hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azalaraq, 136 milyon 671 min 63 dollara bərabər olub.

Bu barədə TurkicWorld- ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin fevral ayında Fransaya hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq, 61 milyon 565 min 9 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyard 328 milyon 486 min dollara bərabər olub.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq, 2 milyard 667 milyon 117 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 16 milyard 667 milyon 644 min dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər