BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin apardığı hərbi əməliyyatların gələcəkdə də təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.
TurkicWorld xəbər verir ki, nazir vurğulayıb ki, hazırkı eskalasiya düşmənlərin hərbi potensialını zəiflətsə də, bu, bölgədəki sonuncu müharibə deyil.
Gideon Saar çıxışında qeyd edib ki, İsrailin "düşmənləri" hələ də ölkə ərazisinə atəş açmaq imkanına malik olsalar da, onlar artıq İsrail dövlətinin varlığını birbaşa təhlükə altına qoyacaq gücdə deyillər. Nazirin sözlərinə görə, həyata keçirilən əməliyyatlar strateji balansı İsrailin xeyrinə dəyişib.
XİN rəhbəri İsrailin gələcəkdə də hərbi müdaxilələrə hazır olmalı olduğunu qeyd edib.
"Biz gələcəkdə də düşmənlərimizin planlarına qarşı ayıq-sayıq qalmalı olacağıq. Bu müharibənin 'sonuncu müharibə' olacağına dair heç bir vəd vermirik." - o, deyib.







