Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyənin xarici ticarət dövriyyəsi Türkiyənin Avropa İttifaqı ölkələrinə ixracatı Türkiyənin Avropa İttifaqı ölkələrindən idxalı

Türkiyənin Avropa İttifaqı ölkələrinə ixracatı 9 milyard dolları ötüb (ÖZƏL)

BAKI, TurkicWorld, Orxan Qədirzadə

2026-ci ilin fevral ayında Türkiyənin Avropa İttifaqı ölkələrinə ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 4,1 faiz artaraq 9 milyard 226 milyon 656 min dollar olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata əsasən bu ilin yanvar – fevral ayında, Türkiyənin Avropa İttifaqı ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 1 faiz artaraq, 17 milyard 995 milyon 612 min dollar olub.

“Bu ilin fevral ayında Türkiyənin Avropa İttifaqı ölkələrindən idxalı 2025 -ci ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artaraq 9 milyard 31 milyon 407 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən bildiriblər ki, 2026-cı ilin yanvar – fevral aylarında Türkiyənin Avropa İttifaqı ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 3,8 faiz artaraq, 16 milyard 445 milyon 228 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52 milyard 29 milyon dollar olub.

Nazirlikdən qeyd olunub ki, 2026-cı ilin fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni ayı ilə müqayisədə 1,5 faiz artaraq 21 milyard 49 milyon dollar, idxalı isə 5,5 faiz artaraq 30 milyon 80 min dollar olub.

“Bu ilin yanvar – fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 100 milyard 137 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2026-cı ilin yanvar- fevral ayında Türkiyənin ixracatı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 41 milyard 361 milyon dollara, idxalı isə 2,8 faiz artaraq 58 milyard 776 milyon dollar olub.

Qeyd edək ki, keçən ilin yanvar – dekabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 438 milyard 731 milyon dollara çatıb.

Mövzuya görə xəbərlər