BAKI, TurkicWorld, Orxan Qədirzadə
Son 24 saat ərzində İrana qarşı endirilən hava zərbələri ölkənin sənaye potensialına ciddi ziyan vurub. Məlumata görə, hücumların yeni fazasında əsas diqqət iqtisadi infrastruktura yönəldilib. Tehranda fəaliyyət göstərən iri əczaçılıq şirkəti ilə yanaşı, ölkənin ən böyük metallurgiya müəssisələrindən biri olan "Mobarakeh Steel Company" (Mübarəkə Polad Şirkəti) ağır zərbələrə məruz qalıb.
TurkicWorld xəbər verir ki,"Mobarakeh Steel Company" rəsmilərinin bildirdiyinə görə, son bir neçə həftə ərzində müəssisə iki dəfə hədəf alınıb. Sonuncu hücum nəticəsində şirkətin əsas istehsalat vahidinə ciddi ziyan dəydiyi qeyd olunur. Bu müəssisə İranın həm daxili ehtiyaclarını ödəmək, həm də ixrac potensialı baxımından sənayenin onurğa sütunu hesab edilir.







