BAKI, TurkicWorld, Orxan Qədirzadə
2026-cı ilin mart ayında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 599 milyon 838 min dollara bərabər olub.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2026-cı ilin yanvar-mart aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq, 1 milyard 760 milyon 517 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (mart 2026 - mart 2025) Türkiyə 7 milyard 860 milyon 144 min dollar məbləğində mebel ixrac edib.






