Son dəqiqə

Ermənistan Nikol Paşinyan Rusiya

Rusiya şirkəti ilə sazişi pozmaq üçün rıçaqımız var – Paşinyan

BAKI,TurkicWorld

Ermənistanın "Cənubi Qafqaz Dəmir Yolu" şirkətinə ölkənin dəmiryolu nəqliyyatı sistemini idarəetmək hüququ verən konsessiya sazişini birtərəfli qaydada pozmaq üçün rıçaqı var. Lakin biz bunu planlaşdırmırıq və bul yolu tutmaq istəmirik.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bu məsələni Rusiyada ətraflı müzakirə edib və bu müzakirələr davam etdiriləcək. Onun qiymətləndirməsinə görə, mövcud şəraitdə (TRIPP üzrə imzalanmış saziş fonunda) Ermənistan öz rəqabət üstünlüklərini itirir

"Bizim vəzifəmiz ondan ibarətdir ki, Ermənistan öz rəqabət üstünlüklərini tam şəkildə reallaşdırmaq imkanı əldə etsin", – deyə Paşinyan əlavə edib.

Paşinyan əmin edib ki, Ermənistanın Rusiya ilə nəinki heç bir problemi yoxdur, əksinə, İrəvan Moskva ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və onun maraqlarına zərər vurmaq istəmir.

Mövzuya görə xəbərlər