BAKI,TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 7 milyard 987 milyon 82 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Keçən ilin dekabr ayında Türkiyə 737 milyon 174 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 4,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 7 milyard 987 milyon 82 min dollar məbləğində mebel ixrac edib.







