Son dəqiqə

Azərbaycan Türkmənistan Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ixrac qaz ixracı Ticarət tarifləri İxracat Azərbaycan Türkmənistan ticarəti Azərbaycan Türkmənistan iqtisadi əlaqələri Azərbaycan Türkmənistan ixrac idxal Azərbaycan Türkmənistan xarici ticarət Azərbaycan Türkmənistan gömrük statistikası

Bu il Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 154 milyon dollara çatıb

BAKI, TurkicWorld

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 154 milyon ABŞ dolları təşkil edib.

Bu barədə TurkicWorld Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 107,3 milyon ABŞ dolları və ya 41,1% azdır.

Hesabat dövründə Türkmənistan ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,57%-i həcmində olub.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Türkmənistana 37,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,6 milyon ABŞ dolları və ya 29,5% azdır.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Türkmənistandan Azərbaycana 143,8 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 91,7 milyon ABŞ dolları və ya 44% azalma deməkdir.

Bundan başqa, 2025-ci ilin ilk yeddi ayında Azərbaycandan Türkmənistana 36,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 16,1 milyon ABŞ dolları və yaxud 30,7% azdır.

Hesabat dövründə Türkmınistana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 1,74% paya malik olub.

2024-cü il üzrə isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 383,7 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 390,2 milyon ABŞ dolları və ya 50,4% azdır.

Hesabat dövründə ticarət dövriyyəsinin 80,2 milyon dolları Azərbaycandan Türkmənistana ixracın, 303,5 milyon dolları isə eyni istiqamətdə idxalın payına düşüb. Bunlar da 2023-cü ildəki göstəricilərlə müqayisədə müvafiq olaraq 6,8% və 55,9% azalma deməkdir.

Ötən il Azərbaycandan Türkmənistana 78,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2023-cü ildəki göstəriciyə nisbətən 6,4 milyon ABŞ dolları və ya 7,5% azdır.

Ötən il Türkmınistana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 2,35% paya malik olub.

Mövzuya görə xəbərlər