Bakı. TurkicWorld:
MÜSİAD Azərbaycan yeni İdarə Heyəti Türkiyənin Azərbaycandakı Səfiri cənab Cahit Bağcını ofisində ziyarət edib.
Bu barədə TurkicWorld-a MÜSİAD Azərbaycan-dan bildirilib.
Məlumata əsasən, görüş zamanı "Bir millət, İki dövlət" əsasında prinsiplər, ticari-iqtisadi əməkdaşlıqlar, investisiya imkanları ilə bağlı müzakirələr aparılıb.
Bundan əlavə, gələcək fəaliyyət planları haqqında cənab səfirə məlumat verilib.
“Cənab səfirə səmimi qəbuluna, MÜSİAD-a dəstəklərinə görə təşəkkür edir, Türk Dünyası üçün dəyərli fəaliyyətlərində uğurlar arzu edirik. Tək millət olan ölkələrimiz adına faydalı ola bilmək üçün səylərimizi davam etdirəcəyik”, - deyə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli vurğulayıb.