Keniya, Tanzaniya və Burundidə yağan yağışlar azı 90 nəfərin həyatına son qoyub. Yağış sularının su yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi ehtimal olunur.
Qəzza zolağında Xan Yunisdəki kütləvi məzarlıqlardan çıxarılan cəsədlərin sayı 392-yə çatıb. Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində aparılan axtarış tədbirləri nəticəsində fələstinli xilasedicilər kütləvi məzarlıqlarda 392 cəsəd aşkar ediblər.