Qəzzadakı kütləvi məzarlıqdan çıxarılan cəsədlərin sayı 400-ə çatır

Qəzzadakı kütləvi məzarlıqdan çıxarılan cəsədlərin sayı 400-ə çatır

Bakı, TurkicWorld:

Qəzza zolağında Xan Yunisdəki kütləvi məzarlıqlardan çıxarılan cəsədlərin sayı 392-yə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstinin Wafa xəbər agentliyi məlumat verib.

Məlumata əsasən, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində aparılan axtarış tədbirləri nəticəsində fələstinli xilasedicilər kütləvi məzarlıqlarda 392 cəsəd aşkar ediblər.

Səhiyyə mənbələri, İsrail ordusunun Nasser xəstəxanasına basqın zamanı öldürdüyü fələstinliləri xəstəxana ətrafında iş maşınları ilə açdığı kütləvi məzarlıqlara basdırdığını bildirərək, şəhərdə təxminən 500 nəfərin hələ də itkin düşdüyünü vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.