Son dəqiqə

Fələstin İsrail Rəfah

Rəfahdan evakuasiya müvəqqətidir - İsrail ordusu

Bakı, TurkicWorld:

Rəfahın şərqində İsrail sərhədinə yaxın məhəllələrin boşaldılması müvəqqətidir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu açıqlayıb.

"Hökumətin təsdiqinə uyğun olaraq, davam edən vəziyyətin qiymətləndirilməsi şərqi Rəfahda göstərilən ərazilərdə mülki əhalinin humanitar bölgəyə tədricən hərəkətinə rəhbərlik edəcək. Humanitar bölgəyə müvəqqəti köçmək üçün çağırışlar ərəb dilində flayerlər, SMS mesajları, telefon zəngləri və media yayımları vasitəsilə çatdırılacaq", - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, İsrail ordusu Rəfah sərhədinin şərqindəki məhəllələrdə yaşayan fələstinliləri əl-Məvasi və Xan Yunisdəki humanitar bölgələrə getməyə çağırıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər