Son dəqiqə

BMT İsrail Rəfah

Rəfaha hücum daha çox mülki insanın ölümünə səbəb olacaq

Bakı. TurkicWorld:

İsrailin Rəfaha hücum daha çox mülki insanın ölümünə səbəb olacaq.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese bildirib.

"Qəzzada mülki infrastrukturun 70 faizi məhv edilib. Ölənlərin sayı təkcə bomba və snayperlərdən deyil, aclıq və xəstəlikdən da artmaqda davam edir. Qəzzada ağrı kəsicilər, dezinfeksiyaedicilər, həkimlər və ya tibb işçiləri yoxdur", - deyə o vurğulayıb.

Albanese onu da qeyd edib ki, İsrail digər ölkələrin Qəzzada humanitar ehtiyacları ödəməsinə də mane olur.

"Humanitar yardım karvanları gecikmə ilə Qəzzaya daxil olur və hədəfə alınır. Çarəsiz qalan və yardım almaq üçün toplaşan fələstinlilər də güllələnir. Bu mühitdə çarəsiz, yoxsul və aclıqdan əziyyət çəkən fələstinlilərin yaşadığı Rəfaha hücum bu şərtlər daxilində tam bir qırğın olar", - deyə o əlavə edib.

Qeyd edək ki, İsrail qısa zamanda Rəfaha hücum edəcəyini açıqlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər