Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb

Bakı. TurkicWorld:

Azərbaycan cüdoçusu Balabəy Ağayev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

TurkicWorld-un məlumatına görə, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda ispaniyalı Fransisko Qarriqosana məğlub olub.

Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda görüşdə Türkiyə təmsilçisi Salih Yıldıza uduzub.

52 kiloqram çəki dərəcəsində mübariz aparan Aydan Vəliyeva isə bürünc medal qarşılaşmasında macarıstanlı Reka Pupplaya yenilib.

Bununla da Azərbaycanın cüdo millisi Avropa çempionatının ilk gününü bir medalla başa vurub.