Ukraynada Kənd təsərrüfatı naziri həbs edilib

Ukraynada Kənd təsərrüfatı naziri həbs edilib

Bakı, TurkicWorld:

Ukrayna Antikorrupsiya Məhkəməsi Kənd təsərrüfatı naziri Nikolay Solskini həbs edib.

TurkicWorld xəbər verir ki, Solskinin 1,8 milyon avro müqabilində azadlığa çıxmaq imkanı var.

Qeyd edək ki, Solski 2017-2021-ci illərdə Sumı vilayətində 6,8 milyon avro məbləğində dövlət torpağını qanunsuz ələ keçirməkdə ittiham olunur.