Son dəqiqə

Rusiya Ukrayna

Rusiya təhsil müəssisəsinə raket hücumu edib

Bakı, TurkicWorld:

Rusiyanın Ukraynanın liman şəhəri Odessada dənizkənarı parkda yerləşən təlim mərkəzinə raket zərbəsi endirməsi nəticəsində beş nəfər ölüb, 32 nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə regionun valisi Oleh Kiper məlumat verib.

Məlumata əsasən, yaralananlar arasında dörd yaşlı uşaq da daxil olmaqla səkkiz nəfərin vəziyyəti ağırdır.

Hadisə yerində yandğınsöndürmə işləri davam edir.

Mövzuya görə xəbərlər