Bakı. TurkicWorld:
Müdafiə sənayesində əldə edilən irəliləyiş mülki ərazilərə də sirayət edir, yüksək əlavə dəyərli iqtisadi istehsal və ixracı dəstəkləyir, xalqımızın rifahına töhfə verir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
"Türkiyənin Baykar şirkəti tərəfindən istehsal edilən Bayraktar AKINCI Pilotsuz Uçuş Aparatı İrandakı faciəvi qəzadan sonra göstərdiyi performansla müdafiə sənayesində əldə etdiyimiz irəliləyişlərin təhlükəsizliyimizi gücləndirməklə yanaşı, sosial və iqtisadi inkişafımıza da töhfə verdiyini nümayiş etdirdi. Ehtiyacı olan ölkələrə qabaqcıl texnologiyalı müdafiə sənayesi məhsullarımızla verilən dəstək də beynəlxalq mövqeyimizə və əlaqələrimizə müsbət təsir göstərir. Səlcuq Bayraktar və komandasını bütün bu sahələrdə öncül işlərinə görə millətimiz adından bir daha təbrik edirik", - deyə o qeyd edib.
Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirildikdən sonra İran havadan axtarış aparmaq üçün Türkiyədən pilotsuz uçuş aparatı (PUA) istəyib.
Bayraktar Akıncı PUA İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin olduğu yerin təsbitini müvəffəqiyyətlə tamamlayıb və Türkiyəyə qayıdıb.