Son dəqiqə

Si Cinpin Çin Rusiya Vladimir Putin

Si Cinpin və Putin Pekində görüşüb

Bakı, TurkicWorld:

Çin Xalq Respublikasının prezidenti Si Cinpin Pekində səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

TurkicWorld xəbər verir ki, Putin 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək üçün Pekinə səfər edib.

“İki ölkə arasında qarşılıqlı siyasi etimad artmağa davam etdikcə, strateji koordinasiya intensiv və effektiv şəkildə həyata keçirilir. Davamlı olaraq yeni rekordlar qıran ikitərəfli ticarətimiz 200 milyard ABŞ dolları hədəfinə doğru irəliləyir”, - deyə Cinpin bildirib.

Qeyd edək ki, gələn il Çin və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümüdür.

Mövzuya görə xəbərlər