Azərbaycan Çin Lu Mey

Azərbaycan və Çin arasındakı ticarət dövriyyəsində yeni rekord qeydə alınacaq - Səfir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Cari ilin yekunlarına əsasən, Azərbaycan ilə Çin arasında olan ticarət dövriyyəsində yeni tarixi rekord qeydə alınacaq.

TurkicWorld xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, cari ilin yanvar–oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,44 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,9 faiz çoxdur.

“Bu il ikitərəfli ticarət dövriyyəsinin rekord qırdığı ardıcıl üçüncü il olacaq. Çin Azərbaycan üçün ən iri idxal mənbəsi, eyni zamanda ölkənin dördüncü ən iri ticarət tərəfdaşı kimi mövqeyini qorumaqda davam edir”, – deyə Lu Mey qeyd edib.

Mövzuya görə xəbərlər