Son dəqiqə

Ukrayna Almaniya

Almaniya Ukraynaya altı radar sistemi göndərəcək

Bakı. TurkicWorld:

Sensor sistemlərinin istehsalı üzrə ixtisaslaşan Almaniyanın “Hensoldt” şirkəti hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Ukraynaya altı TRML-4D radar sistemi göndərəcək.

TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, radarlar 2024-cü ildə 100 milyon avrodan çox olan böyük sifariş paketinin bir hissəsi kimi Kiyevə çatdırılacaq.

“Radarlar Ukraynanın hava hücumundan müdafiəsi üçün təcili lazımdır”, - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər