Son dəqiqə

Qırğızıstan Bişkek

Bişkekdə vəziyyət sabitdir - Qırğızıstan DİN

Bakı, TurkicWorld:

Bişkek şəhərində vəziyyət sabitdir və tam polis nəzarəti altındadır.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, hazırda aksiyanın bütün iştirakçıları dağılıb, Qırğızıstan vətəndaşları və əcnəbilər arasında ölən yoxdur.

Paytaxtın bütün küçələrində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Paytaxt polisi gücləndirilmiş iş rejimində işləyir.

Polis əməkdaşları tərəfindən patrul xidməti təşkil olunub, izahat işləri aparılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə polis rayon daxili işlər idarəsinin, daxili qoşunların və digər hüquq-mühafizə orqanlarının şəxsi heyəti ilə birlikdə gücləndirilmiş qaydada ictimai asayişi təmin edir.

Qeyd edək ki, gecə saatlarında Qırğızıstanda Çuy və Karmanjan Datki prospektlərinin kəsişməsində keçirilən aksiya zamanı naməlum şəxslər messencer qrupları vasitəsilə davada ölənlərin olması barədə yalan məlumat yayıblar. Vətəndaşların əcnəbi tələbələrin yaşayış yerlərində toplaşması da fəal şəkildə təşviq edilib.

Mövzuya görə xəbərlər