Tokayev Çinin müdafiə nazirini qəbul edib

Tokayev Çinin müdafiə nazirini qəbul edib

Bakı, TurkicWorld:

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda rəsmi səfərdə olan Çin Xalq Respublikasının müdafiə naziri Donq Junu qəbul edib.

TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər sülh, təhsil və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsindən bəhs ediblər.

Tokayev Çinin mehriban qonşuluq, dostluq və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edib.

“Biz Çinin qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya üçün təklif etdiyi təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik”, - deyə Tokayev bildirib.