Son dəqiqə

Qazaxıstan Malayziya

Qazaxıstan və Malayziya ticarət əlaqələrini genişləndirir

Bakı. TurkicWorld:

Qazaxıstan və Malayziya ticarət və investisiya əlaqələrini genişləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qazaxıstanın Malayziyadakı səfiri Bulat Sugurbayev və Malayziyanın İnvestisiya, Ticarət və Sənaye naziri Zafrul Əbdül Əzizin görüşü zamanı əldə edilib.

Səfir iki ölkə arasında ticarət və investisiya sahəsində, xüsusən də Malayziyanın Baş nazirinin Qazaxıstana gözlənilən səfəri ərəfəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib və səmərəli əməkdaşlığın asanlaşdırılmasında Birgə Ticarət və İqtisadi Komitənin (JTEC) əsas rolunu vurğulayıb.

"Malayziyanın baş nazirinin Qazaxıstana gözlənilən səfəri olduqca əhəmiyyətlidir və bu Astana və Putracaya arasında siyasi, ticarət, iqtisadi, mədəni və humanitar əlaqələri canlandıracaq", - deyə nazir Zafrul Əbdül Əziz qeyd edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər