Son dəqiqə

Si Cinpin Qazaxıstan Çin Kasım-Jomart Tokayev

Qazaxıstan Çinin etibarlı tərəfdaşı olaraq qalır - Tokayev

Bakı, TurkicWorld:

Qazaxıstan Çinin etibarlı tərəfdaşı olaraq qalır.

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Çin Dövlət Şurasının Baş nazirinin müavini Liu Quozonqla görüşü zamanı deyib.

Məlumata əsasən, tərəflər əsas diqqəti Qazaxıstan-Çin strateji tərəfdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivlərə yönəldib, həmçinin, prezidentlər Kasım-Jomart Tokayev və Si Cinpin tərəfindən bağlanmış sazişlərin inkişafı ilə bağlı müzakirə aparıblar.

Qeyd edək ki, 2023-cü ildə Qazaxıstan və Çin arasında əmtəə dövriyyəsi rekord həddə - 40 milyard ABŞ dollarına çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər