Son dəqiqə

Qazaxıstan Macarıstan

Qazaxıstan və Macarıstan siyasi məsləhətləşmələr keçirəcək

Bakı. TurkicWorld:

Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vassilenko və Macarıstanın Xarici Əlaqələr və Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini Adam Stifter bu gün Budapeştdə siyasi məsləhətləşmələrin növbəti raundunu keçirəcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Aybek Smadyarov Astanada keçirdiyi brifinqdə deyib.

Məlumata əsasən, tərəflər qarşılıqlı ticarətin genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi, nəqliyyat və logistika, aqrar-sənaye kompleksi, enerji, təhsil və s. məsələləri müzakirə etməyi planlayır.

Bundan əlavə, görüş zamanı Macarıstanın Baş naziri Viktor Orbanın Qazaxıstana rəsmi səfəri və Qazaxıstan-Macarıstan İşgüzar Şurası çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi, iki ölkənin strateji əməkdaşlığının daha da genişləndirilməsi müzakirə ediləcək.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər